İyunda 190 min şagird imtahan verəcək

  İyunda 190 min şagird imtahan verəcək
  01 İyun 2020    Oxunub:2835
İyun ayı ərzində 190 min nəfər imtahanlarda iştirak etməlidir. Onların 94 mini 11-ci sinif məzunlarıdır və buraxılış imtahanı verirlər.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərin görə, eyni zamanda 96 min 9-cu sinif məzunu imtahan verməlidir:

“Hər həftə sonu təxminən 45 min nəfər imtahanlarda iştirak edəcək. İmtahanlara hazırlıq çox mürəkkəb olub. 1500-dən çox məktəb binasına baxış keçirilib. Binaların sanitar-gigiyenik tələblərə hazırlığı çox vacib məsələdir. İmtahana girən zamanı şagirdlərin temperaturları ölçüləcək və onlar maska taxmalıdırlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti