ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub
  26 May 2020    Oxunub:4228
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında keçirilən "Foto-marafon”da 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.
ADU-dan Azvision.az -a bildirilib ki, yarışma mayın 25-də DAAD (Alman Akademik Mübadilə Xidməti) və Göte İnstitutunun təskilatçılığı ilə onlayn şəkildə keçirilib. Yarışmanın şərtlərinə əsasən iştirakçılar 3 saat ərzində onlara spontan olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh yazaraq onlayn platformaya yükləməli idilər.

Münsiflər heyətinin rəyləri və açıq səsvermə nəticəsində ADU-nun Tərcümə ixtisası üzrə tələbəsi Murad İlknur "Korona dövründə hisslər" kateqoriyasında 1-ci yerə, Alman dili müəllimliyi ixtisası üzrə tələbə Rəfiqə Cümşüdova "Pandemiya və fotoqraflıq" kateqoriyasında 2-ci yerə və Tərcümə ixtisası üzrə tələbə Rəna Məmmədova "Evdə yeni kəşfim" kateqoriyasında 3-cü yerlərə layiq görülüblər.

Alman Akademik Mübadilə Xidməti və Göte İnstitutu Azərbaycan Dillər Universiteti ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın koordinasiya edilməsində "Azərbaycan- Alman dili müəllimləri birliyi" fəal iştirak edir. Həmin birliyin sədri ADU-nun əməkdaşı Lətifə Qurbanova, katibi isə Qahirə Axundovadır.

Azvision.az


Teqlər: ADU   Tələbə4  





Xəbər lenti