Onlayn sınaq imtahanı keçirildi

Onlayn sınaq imtahanı keçirildi
  25 May 2020    Oxunub:4646
Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədilə akademiya tərəfindən onlayn sınaq imtahanı təşkil edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak ediblər.

Bununla yanaşı, akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında bir daha geniş məlumat verilib, prosesin detalları izah edilib və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, "Microsoft Teams" proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.

Azvision.az


Teqlər: Onlayn   Sınaq   İmtahan  





Xəbər lenti