Attestasiyanın kimlərə şamil olunmayacağı açıqlandı

  22 May 2020    Oxunub : 1200
Attestasiyanın kimlərə şamil olunmayacağı açıqlandı
Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasına şamil edilməyən şəxslər müəyyən olunub.
Azvision.az xəbər verir ki, qayda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

Ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların, xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına qayda şamil olunmur.

Həmçinin qaydaya əsasən I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil