AMEA-nın kasıb işçilərinə yardım paylanıldı

AMEA-nın kasıb işçilərinə yardım paylanıldı
  21 May 2020    Oxunub:6791
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən pandemiya dövründə ehtiyacı olan müəssisə əməkdaşlarına ərzaq yardımı paylanıb.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, yardımların paylanmasında AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və müəssisənin Həmkarlar Təşkilatının sədri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər.

Eyni zamanda, karantin dövrünün tələblərinə uyğun olaraq işə çıxmayan yaşlı əməkdaşların ərzaq payı evlərində təqdim olunub.

Azvision.az



Teqlər: AMEA   Yardım  





Xəbər lenti