Peşə liseyləri məzunlarının diqqətinə!

  21 May 2020    Oxunub : 3889
Peşə liseyləri məzunlarının diqqətinə!
Dövlət İmtahan Mərkəzi 16 fevral 2020-ci il tarixində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş şagirdlərə müraciət edib.
DİM-dən Azvision.az -a daxil olan müraciətdə bildirilir ki, peşə liseylərinin məzunları attestata yazılacaq imtahan balları və yekun qiymətləri ilə tanış ola bilərlər

16 fevral 2020-ci il tarixində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş və “Şagird-məzun” sistemində illik qiymətləri təsdiq edilmiş 3119 nəfər peşə liseyləri məzunlarının yekun qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılıb. Peşə liseylərinin məzunları attestata yazılacaq imtahan ballarına və yekun qiymətlərinə aşağıdakı keçiddən istifadə edərək baxa bilərlər: https://eservices.dim.gov.az/sagird/indexsh.aspx.

Peşə liseylərinin əlaqələndiriciləri attestata yazılacaq imtahan ballarını və yekun qiymətləri "Şagird-məzun" sistemindən hesabat şəklində çap edə bilərlər.

Azvision.az

Teqlər: DİM