Xarici dildə I siniflərə qəbul mayın 20-dən başlayacaq

 Xarici dildə I siniflərə qəbul mayın 20-dən başlayacaq
  18 May 2020    Oxunub:4951
2020-2021-ci dərs ili üçün tədrisi digər dildə aparılan bölmə üzrə 1-ci sinfə qəbul olmaq istəyən uşaqların valideynləri (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək.

Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan yaşayış ünvanına uyğun müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq. Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək.

Müsahibə (canlı və ya onlayn) nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə eyni vaxtda məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək. Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti