Dəniz Akademiyasına sənəd qəbulunun vaxtı açıqlandı

Dəniz Akademiyasına sənəd qəbulunun vaxtı açıqlandı
  12 May 2020    Oxunub:5426
Azərbaycan Dövlət Dəniz Akademiyasına 2020/2021-ci tədris il üçün qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbulu mayın 12-dən iyunun 5-dək Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilib.

Bunu nəzərə alaraq ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər əvvəlki illərdən fərqli olaraq bu il ixtisas seçimindən əvvəl xüsusi tibbi müayinədən keçməyəcəklər.

Qəbul imtahanlarını üğurla başa vurub Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticəsinə əsasən ADDA-ya qəbul olunan abituriyentlər 1-ci tədris ili müddətində müvafiq tələblərə uyğun tibbi yoxlanışdan keçəcəklər.

Azvision.az



Teqlər: ASCO  





Xəbər lenti