Bu il şagirdlərin yerdəyişməsi aparılmayacaq

   Bu il şagirdlərin yerdəyişməsi aparılmayacaq
  07 May 2020    Oxunub:4125
Xaricdə təhsilini davam etdirmək istəyən tələbələr həmin ölkələrin universitetlərinin qaydalarına nəzər yetirməlidir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin qaydalara uyğun hərəkət etmək lazımdır.

"Tədris müddəti dayandırılan zaman elektron yerdəyişmənin keçirilməsinin praktik mənası yox idi. Məktəb rəhbərliyi bu yerdəyişməni təsdiq etməlidir. Təhsil müəssisələri fəaliyyət göstərmədiyi üçün rəhbərlik də işdə olmayıb. Ona görə bu il yerdəyişmə olmadı. Amma növbəti tədris ilindən sistem fəaliyyətini bərpa edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Universitet  





Xəbər lenti