Ruhani ÜST-ü müdafiə etdi: “ABŞ-ın qərarı yersizdir”
"Koronavirus bütün dünyanın təhlükəsizliyi və sağlamlığı üçün ümumi təhdiddir. Koronavirusla mübarizədə ön cəbhədə olan ÜST-ü sarsıtmaq virusa qarşı birgə beynəlxalq mübarizəni zəiflətmək deməkdir".
Ruhaninin sözlərinə görə, ABŞ-ın qərarı yersizdir və əsaslandırıla bilməz.
İran Prezidenti, həmçinin qeyd edib ki, beynəlxalq müqavilələri pozan ölkədən başqa bir şey gözləmək lazım deyil.
Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp ÜST-nin maliyyələşdirilməsinin dayandırıldığını elan edib. Tramp administrasiyası ÜST-ü koronavirusun yayılmasına zamanında reaksiya verməməkdə günahlandırır.
Şahanə Rəhimli
Azvision.az