Koçaryanın səhhətində ciddi problemlər var
"Vəziyyətini dərmanlarla sabitləşdirməyə çalışırıq, ancaq ona əlavə əməliyyat lazımdır",- deyə Çarçyan vurğulayıb.
Hansı xüsusi əməliyyatdan söhbət getməsi barədə tibb mərkəzinin direktoru məlumat verməyib.
Dünən Koçaryan müayinədən keçmək üçün “İzmirlyan” tibb mərkəzinə gətirilib. O, daha əvvəl, ötən ilin oktyabrında əməliyyat olunub.
Xatırladaq ki, Koçaryan 2008-ci il martın 1-də etirazların dağıdılmasında, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistanın keçmiş prezidenti 2018-ci ildə iki dəfə, 25 iyun 2019-cu ildə isə üçüncü dəfə həbs edilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Koçaryan