Rusiyada son sutkada rekord sayda yoluxma qeydə alındı
Qeyd edilib ki, ümumi yoluxma sayı 85 region üzrə 114 431-ə yüksəlib. Yoluxanların demək olar ki, 45 faizində simptomlar özünü büruzə verməyib. 96 nəfəri son sutkada olmaqla, ümumilikdə xəstəlikdən 1169 nəfər ölüb.
Sağalanların sayı 13 220 nəfərdir. Gün ərzində 1601 nəfər xəstəxanadan evə buraxılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya Koronavirus