Ərdoğan kampaniyaya başladı, 7 aylıq maaşını verdi
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, kampaniyanı açıq elan edərək 7 aylıq maaşını yardım fonduna ayırdığını deyib.
Ərdoğan bəyan edib ki, kampaniyanın keçirilməsində əsas məqsəd çətin vəziyyətdə qalan vətəndaşlara yardım etməkdir. Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin hər bir bölgəsində ehtiyacı olan insanlar müəyyən ediləcək və yığılan vəsaitlər onlar üçün xərclənəcək.
Azvision.az
Teqlər: Ərdoğan