“Bu təsir ölkəmizdən də yan keçməyib” - Təhsil naziri

“Bu təsir ölkəmizdən də yan keçməyib” -   Təhsil naziri
  19 Mart 2020    Oxunub:3114
Təhsil naziri Ceyhun Bayramov şagird, müəllim və valideynləri Novruz bayramı münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz şagirdlər, hörmətli valieynlər sizi qarşıdan gələn Novruz bayramı münasibətilə erəkdən təbrik edir, bahar əhval-ruhiyyəsi, can sağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram. UNESCO-nun məlumatına əsasən, hazırda dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb. Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəsissələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən gerin qalmaması, vaxtlarının səmərəlim keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verdi”.

Azvision.az



Teqlər: Ceyhun-Bayramov   Nazir  





Xəbər lenti