“Qarabağ” klubu məşqləri dayandırıb

“Qarabağ” klubu məşqləri dayandırıb
  17 Mart 2020    Oxunub:1869
"Qarabağ" futbol klubu məşqlərə ara verib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar "Qarabağ"ın əsas, əvəzedici komandalarının və akademiyanın məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti