Kolleclərə ərizə qəbulu başa çatıb

Kolleclərə ərizə qəbulu başa çatıb
  12 Mart 2020    Oxunub:1876
2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi (9 illik) orta təhsil bazasında abituriyentlərin ərizə qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 19231 abituriyent (Azərbaycan bölməsi - 18647; rus bölməsi - 584) ərizəsini təsdiqlədib.

Xatırladaq ki, kolleclərə ərizə qəbulu fevralın 21-də başlayıb.

Azvision.az



Teqlər: Kollec   Ərizə   Qəbul  





Xəbər lenti