Futzal çempionatı azarkeşsiz keçiriləcək

  11 Mart 2020    Oxunub : 1593
Futzal çempionatı azarkeşsiz keçiriləcək
Futzal üzrə yüksək, birinci, ikinci liqaların oyunları və Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab matçları martın 19-dək azarkeşsiz keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Qurum Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının tövsiyəsini və eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi ilə bu addımı atıb.

Qeyd edək ki, daha öncə futbol üzrə Azərbaycan Premyer Liqasında matçların azarkeşsiz keçiriləcəyi ilə bağlı qərar qəbul olunub.

Azvision.az

Teqlər: Futzal   Çempionat