“Qalatasaray” qələbə qazana bilmədi

“Qalatasaray” qələbə qazana bilmədi
  09 Mart 2020    Oxunub:2521
Türkiyə Super Liqasında 25-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması “Sivasspor” və “Qalatasaray” klubları arasında baş tutub.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Komandalar hərəyə iki qol vuraraq meydandan heç-heçə ilə ayrılıblar.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 49-a çatdıran “Qalatasaray” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. “Sivasspor” isə eyni xalla 4-cüdür.

Azvision.az


Teqlər: “Qalatasaray”  





Xəbər lenti