“Qarabağ” “Keşlə”ni məğlub etdi

“Qarabağ” “Keşlə”ni məğlub etdi
  09 Mart 2020    Oxunub:2685
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, həftənin son oyununda lider "Qarabağ" və "Keşlə" klubları üz-üzə gəliblər. Maraqlı epizodlarla yadda qalan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində Abdullah Zubir və Filip Ozobiç fərqləniblər.

Bu görüşdən sonra xallarının sayı 45-ə çatdıran Qurban Qurbanovun komandası liderliyini möhkəmləndirib və ikinci pillədə olan "Neftçi" ilə xal fərqini 8-ə çatdırıb.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti