“Baku open” turnirinin son yarışları keçirilir

“Baku open” turnirinin son yarışları keçirilir
  08 Mart 2020    Oxunub:3168
Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin son gününün yarışları start götürüb.
Azvision.az xəbər verir ki, yarışda 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparırlar.

Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.

Azvision.az



Teqlər: Karate   Yarış  





Xəbər lenti