Azərbaycan Taekvondo Federasiyasından
Azvision.az -a verilən məlumata görə, sayca 47-ci dəfə təşkil olunmuş G1 kateqoriyalı yarışda medallardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc əyarlı olub. Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yalnız finalda, Bəhruz Quluzadə (54 kq) isə yarımfinalda uduzub.
Qeyd edək ki, millimiz baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanıb. Komanda üzvləri 14-15 martda G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.
Azvision.az