Bakı-Sumqayıt qatarında problem yarandı

Bakı-Sumqayıt qatarında problem yarandı
  04 Mart 2020    Oxunub:1951
Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən Azvision.az -a verilən məlumata görə, buna səbəb kontakt şəbəkəsində kontakt naqillərinin naməlum şəxslər tərəfindən oğurlanmasıdır.

Hadisə nəticəsində Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb.

Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır.

Azvision.az


Teqlər: Qatar  





Xəbər lenti