"Başakşəhər" yenidən lider oldu

"Başakşəhər" yenidən lider oldu
  03 Mart 2020    Oxunub:2110
Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.
Azvision.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Belə ki, İstanbul klubu "Başakşəhər" öz meydanında "Qaziantep"i 3:1 hesabı ilə məğlub edib. Digər matçda isə "Kayserispor" komandası "Göztəpə"yə minimal hesabla (1:0) qalib gəlib.

Bu oyundan sonra xallarının sayını 49-a çatdıran "Başakşəhər" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. İkinci sırada 48 xalla "Trabzonspor", üçüncü yerdə isə 48 xalı olan "Qalatasaray" qərarlaşıb.

Azvision.az



Teqlər: Başakşehir   Türkiyə   Super-Liqa  





Xəbər lenti