"Qarabağ" rekorda imza atdı

"Qarabağ" rekorda imza atdı
  02 Mart 2020    Oxunub:1484
“Qarabağ” komandası futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün yeni rekorduna imza atıb.
Azvision.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “köhlən atlar” ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə XIV turun “Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun yetirmələri 2020-ci ildə “çərçivəsini” toxunulmaz saxlayıb.

“Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0) və “Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib “Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da “Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam təmsilçisinə məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmayıb.

Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da “Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb.

Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti