“Neftçi” qələbəni əldən verdi

  01 Mart 2020    Oxunub : 1069
“Neftçi” qələbəni əldən verdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Azvision.az -ın məlumatına görə, turun son oyununda "Neftçi" klubu "Səbail"i qəbul edib. "Bakcell Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra 34-cü xalını qazanan "Neftçi" lider "Qarabağ"la xal fərqini azalda bilməyib. "Səbail" isə 20 xalla 6-ci yerdə qərarlaşıb.

Azvision.az

Teqlər: Neftçi