“Qəbələ” səfərdə qalib gəldi

“Qəbələ” səfərdə qalib gəldi
  01 Mart 2020    Oxunub:1816
Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün ilk görüşündə "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəliblər.

Zirə İdman Kompleksində keçirilən matç əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Zirə" isə 20 xalla 6-cı sıradadır.

Azvision.az


Teqlər: Qəbələ   Zirə  





Xəbər lenti