“Ərdoğanın Bakıya səfəri faydalı nəticələr verəcək” - Türkiyə səfiri

 “Ərdoğanın Bakıya səfəri faydalı nəticələr verəcək” -  Türkiyə səfiri
  26 Fevral 2020    Oxunub:4507
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də baş tutan səfəri əlaqələrimizin gələcəyi üçün çox faydalı nəticələr verəcək"
Bunu Azvision.az -a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat bildirib ki, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında həm keçmişdə görülmüş işlər dəyərləndirildi, eləcə də gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı dövlət başçıları fikir mübadiləsi apardılar.

“Səfər çərçivəsində sənədlər imzalandı. Bunlardan ən önəmlisi preferensial güzəştli ticarət anlaşmasıdır. Bu, Türkiyə ilə Azərbaycan arasında ticarətin həcminin artırılması üçün çox əhəmiyyətli, dəstəkverici bir sənəddir”.

Səfirin sözlərinə görə, bundan başqa Xarici İşlər nazirlikləri arasında viza müddətinin 90 günə çatdırılmasına dair anlaşma imzalanıb. Bu da iki ölkə arasında gediş-gəlişi asanlaşdıracaq və təşviq edəcək.

"Həmçinin, Naxçıvanla bağlı razılaşmanın zəruriliyini vurğulamaq istəyirəm. Bir sözlə, cənab Ərdoğanın Bakıya səfəri son dərəcə önəmli, faydalı səfər oldu".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti