Azərbaycan derbisində qalib müəyyənləşmədi - VİDEO

  08 Fevral 2020    Oxunub : 2439
Azərbaycan derbisində qalib müəyyənləşmədi - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Azvision.az xəbər verir ki, bu gün Azərbaycan derbisi keçirilib. Son illərdə çempionluğu əldən verməyən “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda paytaxtın “Neftçi” komandası ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlarla yadda qalan derbi oyununda qapılara qol vurulmayıb. Matç heç-heçə yekunlaşıb.



Qeyd edək ki, hazırda turnir cədvəlinə 35 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 27 xal olan “Neftçi” klubu ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.

Azvision.az

Teqlər: Neftçi   Qarabağ