“Əkrəm erməni təriflərinə dözməsə...”

 “Əkrəm erməni təriflərinə dözməsə...”
  08 Fevral 2013    Oxunub:1644
“Bu əsərin Əkrəmə ziyanı mənəvi, Azərbaycana isə siyasidir”. Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı bu fikirləri xalq şairi Vaqif Səmədoğlu Azadlıq radiosunun canlı efirində deyib.
Vaqif Səmədoğlu çox incə bir məqama toxunub. Ölkədə gedən bu geniş müzakirələrdən sonra nə baş verəcəyi xalq şairini daha çox narahat edir.
Vaqif Səmədoğlu deyib ki, bu məsələlər səngiyəcək, amma Əkrəm Əylislinin problemləri bundan sonra başlayacaq: “O, Azərbaycandakı tənələrə, adalətli, ədalətsiz tənqidlərə, incikliklərə dözəcək. Xalqın çox qismi incidi axı Əkrəmdən. Bunlara Əkrəm dözəcək. Amma Əkrəmə erməni təriflərinə dözmək çox çətin olacaq. Erməni tərifləri qarşısında o dura biləcək, ya dura bilməyəcək? Çünki indi ermənilər qondarma erməni soyqırımı ilə bağlı keçiriləcək elə bir beynəlxalq tədbir qalmayacaq ki, ora Əkrəmi dəvət etməsinlər. Və onu tribunaya çıxardıb özü dediyi kimi, “bunu mən demirəm, qəhrəmanım deyir” dedirtməsinlər. Əkrəmi hər yerə dəvət edib onun yazdıqlarını nümayiş etdirəcəklər. Hələ külli miqdarda pul, qonarar da təklif edəcəklər. Bax, istərdim ki, Əkrəm özündə güc tapıb erməni təriflərinə dözsün, tab gətirsin. Tab gətirməsə...”


Teqlər:





Xəbər lenti