4 cüdoçumuz Avropa kubokunda mübarizəyə başlayır

4 cüdoçumuz Avropa kubokunda mübarizəyə başlayır
  02 Fevral 2020    Oxunub:2740
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır.
Azvision.az xəbər verir ki, ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi (81 kiloqram), Zaur Dünyamalıyev (90 kiloqram), Aslan Mirzəyev (100 kiloqram), İmran Yusifov (+100 kiloqram) güclərini sınayırlar.

Qeyd edək ki, fevralın 1-də keçirilmiş yarışların birinci günündə Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb. Turnirə bu gün yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo   Avropa-Kuboku  





Xəbər lenti