Millimizin sabiq futbolçusu vəfat edib

  02 Fevral 2020    Oxunub : 2442
 Millimizin sabiq futbolçusu vəfat edib
Azərbaycan millisinin sabiq futbolçusu Lev Mayorov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın "Çernomorets" klubu məlumat yayıb. Bildirilib ki, Mayorov 51 yaşında qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 1969-cu ilin oktyabrın 13-də Bakıda anadan olan Lev Mayorov “Neftçi”nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz" klublarında oynayıb. 1990-cı illərdə millimizdə iki oyun keçirib.

Azvision.az

Teqlər: LevMayorov