Premyer Liqada XV turun hakim təyinatları
Günün ikinci görüşü olan “Neftçi”-“Sumqayıt” matçının idarə edilməsi isə Kamal Umudluya həvalə olunub. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 17:30-da start götürəcək.
Fevralın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Keşlə” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.
Premyer Liqanın XV turuna həmin gün saat 17:30-da başlayacaq “Səbail” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Bu oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.
Qeyd edək ki, 14 turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (18), “Zirə” (17), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.
Azvision.az