Dünya Güləş Birliyi sərbəst güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.
Azvision.az xəbər verir ki, Azərbaycanın 4 güləşçisi ilk onluqda yer alıb. Belə ki, üçqat Avropa çempionu Cəbrayıl Həsənov (79 kq), Olimpiya çempionu Şərif Şərifov (97 kq) ikinci, Hacımurad Hacıyev (74 kq) 8-ci, Cəmaləddin Məhəmmədov (125 kq) isə 10-cu pillədə qərarlaşıblar.