Penitensiar xidmətin rəisi vətəndaşları qəbul edəcək

Penitensiar xidmətin rəisi vətəndaşları qəbul edəcək
  30 Yanvar 2020    Oxunub:2542
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov fevralın 1-də Şirvan regional ədliyyə idarəsində (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17) vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar Şirvan regional ədliyyə idarəsi (əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99, habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (012) 493-54-30 və (051) 235-00-35 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Azvision.az



Teqlər: Penitensiarxidmət   Rəis   Qəbul  





Xəbər lenti