Erməni idmançı azərbaycanlı ilə döyüşdən imtina etdi

Erməni idmançı azərbaycanlı ilə döyüşdən imtina etdi
  29 Yanvar 2020    Oxunub:3795
Erməni əsilli idmançı Eduard Vartanyan azərbaycanlı döyüşçü Nəriman Abbasovla görüşdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə Nəriman Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Eduard Vartanyan qorxdu və mənimlə görüşdən imtina etdi. O, özü çağırış etmişdi və mən dərhal razılıq verdim. Rəsmi danışıqlar zamanı geri çəkildiyini bildirdi. Çempionluq titulunu qorumaq üçün başqa namizədi gözləyirəm”.

Qeyd edək ki, N.Abbasov “Fight Nights” çempion titulunu qorumaq üçün Moskvada Rusiyanı təmsil dən erməni idmançı Eduard Vartanyanla üz-üzə gəlməli idi.

Azvision.az



Teqlər: İdmançı   Döyüş  





Xəbər lenti