Məktəblərdə qış tətilinin vaxtı məlum oldu

  16 Yanvar 2020    Oxunub : 2438
 Məktəblərdə qış tətilinin vaxtı məlum oldu
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Azvision.az

Teqlər: TəhsilNazirliyi