YAP-çı deputat 4 tələbənin təhsil haqqını ödədi
“Mingəçevirdəyəm. Bu gün və sabah seçicilərimi qəbul edəsiyəm. Bir-iki dəqiqəyə qəbulu başlayıram. Qəbula təqribən 70-ə yaxın seçici gəlib. Hamısını dinləyib problemləri üzrə kömək etməyə çalışacağam.
Eyni zamanda sabah Azərbaycan Müllimlər İnstitunun Mingəçevir filialında oxuyan 3-4 tələbə qızın illik təhsil haqqının 50 faizini ödəyərək qəbzləri institut tədbirində tələbələrin valideynlərinə təqdim edəcəyəm. Siyahı dəqiqləşdirilir. Bu addımı 2005-ci ildə atıram, bu il doqquzuncu ildir ki, davam edir.
Sabah eyni zamanda bir atasız qıza kompyuter dəsti hədiyyə edəcəyəm. Təssüf edirəm ki, bunu ona ad günündə verə bilmədim”.
Anar RÜSTƏMOV