“Mükafatımı vicdanımdan alıram” - 89 yaşlı jurnalist

“Mükafatımı vicdanımdan alıram” - 89 yaşlı jurnalist
  17 Dekabr 2013    Oxunub:1686
Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 89 yaşı tamam olur. Böyük ömür yolu keçən Şirməmməd müəllim ad günü təəssüratlarını AzVision.az-la bölüşüb:

“Nəvələrim, qızlarım, ailəmiz yığışacaq ad günümə. Axşam bir yerdə qeyd edəcəyik. Amma əsas qeyd budur ki, bu il hansı kitabım çap olundu, hansı işlə məşğul oldum. Mən bu il iki kitab hazırladım. “Məmməd Əmin Rəsulzadənin əsərlərinin dördüncü cildi”, bir də “Bakı və Azərbaycan tarixinə dair əsərlər”. Bu kitablarımın ikisi də 525-ci qəzetin şənbə nömrəsində çap olunub. Ayrıca kitab şəklində də buraxılıb. Sonra Ömər Faiqin 1905-ci ildə yazdığı bir kitabı çap eləmişəm”.

“Gələn ilə mən üç kitab hazırlayıram”

Ş.Hüseynovun sözlərinə görə, həmin kitablar “Məmməd Əmin Rəsulzadənin əsərlərinin beşinci cildi”, “Milli varlığımızın keşiyində” adlı öz kitabı, bir də Səbahəttin Şəmkirin Məmmədəmin Rəsulzadənin Türkiyədəki fəaliyyəti haqqında türk dilində kitabının azərbaycan dilinə tərcüməsi olacaq”.

“Zəhmətimin mükafatını vicdanımdan alıram”

Bu günə kimi, heç kəsdən xüsusi təbrik gözləmədiyini deyən professor Şirməmməd Hüseynov deyir ki, heç kəsdən, heç nə ummur:

“Türk şairi yazıçısı Əbdülhəq Xaliidin belə bir kəlamı var: “İnsanın öz vicdanından aldığı mükafatı, heç kəs verə bilməz. Nə peyğəmbər, nə padişah, heç kəs verə bilməz. Mən öz zəhmətimin mükafatını öz vicdanımdan alıram. Heç kəsdən, heç nə ummuram”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti