Bədən üçün ehtiyat hissələri

Bədən üçün ehtiyat hissələri
  16 Dekabr 2013    Oxunub:1629
3D printerlər vasitəsilə bədən üçün ehtiyat hissələri
Vaşinqton universitetinin tədqiqatçı qrupunun rəhbəri Susmita Boze və mühəndis Amit Bandiopadxay ABŞ Milli elmi fondunun vəsaiti hesabına bütün ehtiyacı olanlara 3D printerlər vasitəsilə fərdi protezlər yaratmağa imkan verən metodika hazırlayırlar. 3D printerlərin müxtəlif sahələrdə istifadəsinin artmasına səbəb onun istənilən obyektə detal hazırlaya bilməsidir. Son günlər tibb tədqiqatçıları insanlar üçün “ehtiyat hissələr” yaratmağa imkan verən bu unikal metoddan istifadə etmək niyyətindədir.

Əgər Vaşinqton Universitetindəki tədqiqatlar uğurlu keçərsə, 3D printerlər insan sümüyünün funksional və struktur baxımından bənzəri olan toxuma və protezlərin istehsalına başlayacaq. 3D printerlər xüsusən, ağır xəsarət alan və eybəcər hala düşən insanların köməyinə gələcək. Alimlərin təklif etdiyi yanaşma Laser Engineered Net Sharing (LENS) printeri vasitəsilə orqanik toxumalardan hazırlanan süni sümükdən istifadəni nəzərdə tutur. İnteqrasiyanın bu tipi bədəndə daha çox müddətə qala bilən implantların yaranmasına səbəb olacaq.

“Əksər hallarda, adi implantlar öz vəzifələrinin öhdəsindən gələ bilir. Buna baxmayaraq, həkimlər bəzən unikal anatomik quruluş və xəsarətlərə malik çoxlu xəstələrlə üzləşməli olur. Bu halda işin öhdəsindən gəlmək çətin olur və həkim heykəltaraşa çevrilir”,- deyə tədqiqatçı qrupun üzvü Amit Bandiopadxay yeni prosesin üstünlüklərini sadalayır.

Ənənəvi protez istehaslı prosesində onları təmizləmək və diqqətlə hazırlamaq tələb olunur. 3D printerindən istifadə olunarsa, materialdan protezin hazırlanma prosesi boyu istifadə etmək olacaq.

Materialların ən xırda hissələri belə lazer vasitəsilə əridilir. Sonra bu hissəciklər qat-qat düzülür və sərinləşdirilir. 3D printerin bu metodu çox dəqiq sayılır və fərdi protezləri asanlıqla istehsal etmək qabiliyyətinə malikdir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti