Çin Ayı fəth etdi - VİDEO

Çin Ayı fəth etdi - VİDEO
  15 Dekabr 2013    Oxunub:2474
Çinin "Change-3" ("Ay ilahəsi") adlı kosmik kəşfiyyat aparatı Ayın səthinə uğurla enib. Bununla da Çin 37 illik fasilədən sonra Aya kəşfiyyat gəmisi endirən ölkə olub. Kosmik aparat dekabrın 2-də göndərilmişdi.

Beləlklə, Çin dünyada ABŞ və keçmiş SSRİ-dən sonra Ayı fəth edən üçüncü ölkə olub. Sonuncu dəfə Aya 1976-cı ildə SSRİ "Luna 24" adlı kəşfiyyat gəmisi göndərmiş və Aydan nümunələr gətirmişdi. Aya indiyə qədər ABŞ və SSRİ 13 dəfə uğurlu eniş həyata keçirmişdi.

Enişdən bir neçə saat sonra isə özəl teleskop və kamera ilə "Yütu" ("Nefrit dovşanı") adlı 6 təkərli robot "Change-3"-dən ayrılaraq, Ayın səthində saatda 200 kilometr sürətlə hərəkət edərək kəşfiyyat aparacaq. 140 kiloqram ağırlığında olan "Yütu" Aydan aldığı məlumatları Yerə ötürəcək.

Hazırda Çin 2020-ci ildən sonra Aya insan göndərməyin üzərində işləyirlər. Ona qədər isə Marsa uçuş aparatının göndərilməsi planlaşdırılır.

AzVision.az




Teqlər:  





Xəbər lenti