Avtomobil su kanalına düşüb, ölən var

Avtomobil su kanalına düşüb, ölən var
  14 Dekabr 2013    Oxunub:1038
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “VAZ” markalı minik avtomobili su kanalına düşüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıbmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti