Dövlət Agentliyinin nümayəndə heyəti BƏƏ-də
Səfər çərçivəsində nümayəndə heyəti Dubai Smart Government və Dubay polisinin rəhbər vəzifəli şəxsləri ilə görüşüb. Həmçinin rəqəmsal hökumət sahəsində məlumat mübadiləsi, startap layihələrinin tətbiqi və inkişafı, “ASAN xidmət” modelinin, rəqəmsal və elektron hökumət həllərinin tətbiqi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.
Dubay Ticarət Palatasında keçirilmiş görüşdə rəqəmsal hökumət və innovasiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsi aparılıb.
Dubai Startup Hub ilə keçirilmiş görüşdə fintech şirkətlərinin təqdimatları ilə tanışlıq həyata keçirilib.
Azvision.az