Xidmət əməkdaşlarına təlim keçirilib

  27 Sentyabr 2019    Oxunub : 693
Xidmət əməkdaşlarına təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin ASAN Xidmət mərkəzlərində çalışan əməkdaşları üçün təlim təşkil edilib.
Xİdmətdən Azvision.az -a verilən məlumata görə, təlimin məqsədi Dövlət Miqrasiya Xidmətinin (DMX) ASAN Xidmət mərkəzlərində çalışan əməkdaşlarına müraciət edən vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun təmin edilməsi üçün onların peşəkarlıqlarının, bilik və bacarıqlarının artırılmasıdır.

Xidmətin Təlim-tədris mərkəzində keçirilən kursda “Miqrasiya Məcəlləsinə” və “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu”na edilmiş son əlavə və dəyişikliklər, etik davranış, ünsiyyət mədəniyyəti, müraciət formaları barədə məlumat verilib, müzakirələr aparılıb.





Azvision.az

Teqlər: DMX   ASAN-Xidmət   Miqrasiya