İstanbulda zəlzələ qorxusu: İnsanlar küçələrdə gecələdi - VİDEO+FOTOLAR
Azvision.az xəbər verir ki, yenidən yeraltı təkanların olacağından qorxan insanlar gecəni parklarda keçiriblər.
Qeyd edək ki, dünən İstanbulda 3 dəfə zəlzələ olub. Onlardan biri 5,9 bal gücündə baş verib. İstanbuldakı zəlzələ Sakarya, Kocaeli və Bursa vilayətlərində də hiss edilib. Yeraltı təkanlar nəticəsində 8 nəfər xəsarət alıb.
Azvision.az
Teqlər: İstanbul Zəlzələ Türkiyə