Lukaşenko Krımın “fətvasını” verdi: “Bu məsələ birdəfəlik bağlanıb”

 Lukaşenko Krımın “fətvasını” verdi:  “Bu məsələ birdəfəlik bağlanıb”
  26 Sentyabr 2019    Oxunub:1982
"Ukrayna Krımı heç vaxt geri qaytara bilməyəcək"

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın KİV nümayəndələri ilə görüşü zamanı deyib. O, hesab edir ki, Krım bir daha Ukraynanın tərkibinə daxil olmayacaq.
"Mənə elə gəlir ki, yox. Bu sual birdəfəlik və həmişəlik bağlanıb", - deyə Lukaşenko ukraynalı jurnalistlərə cavab verib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Krımın Ukraynaya geri qaytarılmasına kömək edəcəyinə söz verib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Lukaşenko   Krım  





Xəbər lenti