NDI təmsilçisinin bəhanəsi
Bu açıqlama ilə bağlı bir məqama toxunmaq istərdik. Ruslan Əsəd, şəkillərdən də göründüyü kimi, mitinqə müşahidəçi yox, aktiv iştirakçı kimi qoşulub. Hətta çox aktiv iştirakçı kimi. O dərəcədə ki, polislə qarşıdurmaya gedib, tutulub və buraxılıb.
Məsələ bundadır ki, sabah onun çalışdığı qurum Azərbaycanla bağlı yazdığı hansısa hesabatda obyektv ola biləcəkmi? Axı onun əməkdaşı aksiya iştirakçısı olub, hadisələrə münasibətdə konkret siyasi mövqeyi var! Əlbəttə, insanın siyasi mövqeyi ola bilər. Amma bu halda həmin şəxs ya tərəfsizlik tələb edən işlərlə məşğul olmamalıdır, ya da mövqeyini heç bir halda büruzə verməməlidir. Amma biz Azərbaycanda bunun tam əksini görürük.
Və bu, təkcə NDI-ın əməkdaşına yox, bir sıra başqa təşkilatların da təmsilçilərinə, həmçinin jurnalistlərə aiddir. Mitinqə tərəf kimi qatılıb emosiyalar yaşayan, öz mövqeyini ortaya qoyan insan heç vaxt sonradan həmin hadisəyə tərəfsiz şərh verə bilməz. Bu, aksiomdur. Onlar tərəf olanda bu haqqlarını itirirlər.
AzVision.az