Zlatko Dalic: “Bugünkü nəticə məyusedicidir”

   Zlatko Dalic:    “Bugünkü nəticə məyusedicidir”
  10 Sentyabr 2019    Oxunub:1769
“Azərbaycan millisini oyuna və nəticəyə görə təbrik edirəm. Qarşılaşmaya yaxşı başladıq, şanlarımız da kifayət qədər idi. İlk qoldan sonra fərqi artıra da bilərdik, lakin rəqib qapıçı komandasını qollardan xilas etdi”
Azvision.az xəbər verir ki, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: "İkinci hissədə bunun əksi baş verdi, biz yaxşı oynamadıq. Əvəzində Azərbaycan millisi fasilədən sonra hadisələrin gedişini xeyrinə dəyişdi və hesabı bərabərləşdirdi. Çox istəkli, aqressiv idilər, meydanda mübarizə apardılar, əzmkarlıq göstərdilər. Rəqibimiz bizimlə ilk oyunda da yaxşı çıxış etmişdi. Hətta həmin görüşdən sonra millinizin qrupumuzdakı digər rəqiblərlə oyunlarda da xallar qazanacağını düşünürdüm. Ancaq bunu niyə edə bilmədilər, onu anlamadım. Bugünkü nəticə məyusedici olsa da, barışmalı və növbəti oyunlar haqda düşünməliyik”.

Azvision.az



Teqlər: Xorvatiya   Baş-məşqçi  





Xəbər lenti