Bəxtiyar Vahabzadənin doğum günüdür

Bəxtiyar Vahabzadənin doğum günüdür
  16 Avqust 2019    Oxunub:2821
Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.
Azvision.az xəbər verir ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq qazandırıb.

O, zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Bəxtiyar Vahabzadə 2009-cu ilin fevralın 13-də 83 yaşında dünyasını dəyişib. Mərhum Fəxri Xiyabanda dəfn olunub.

Azvision.az



Teqlər: BəxtiyarVahabzadə   Şair  





Xəbər lenti