"Neftçi"nin oyunu italyanlara tapşırıldı

"Neftçi"nin oyunu italyanlara tapşırıldı
  11 Avqust 2019    Oxunub:1611
İsraildə "Bney Yehuda" və "Neftçi" arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Azvision.az xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. Referi Daniele Doveriyə Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim qismində kömək edəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə yekunlaşıb - 2:2.

Azvision.az


Teqlər: Neftçi   Bney-Yehuda   İsrail   Avroliqa   Futbol  





Xəbər lenti