Ölkə üzrə 31 mindən çox narkoman var - Onlardan 626-sı qadındır

  Ölkə üzrə 31 mindən çox narkoman var -    Onlardan 626-sı qadındır
  03 Avqust 2019    Oxunub:2295
Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, 2018-ci il ərzində 1995 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 31432 nəfərə çatıb (Bakı şəhəri üzrə 12555 nəfər). Onlardan 26346-sı dispanser, 5086-sı profilaktik, 1070-i anonim qeydiyyatda olanlardır.



İstifadəçilər arasında 18 yaşa qədər 9 nəfər, 626-sı qadın, 227 nəfəri toksikomanlar,
həmçinin ötən il ərzində qeydiyyata götürülənlərin 1697-si dispanser, 298-i profilaktik olub.



2018-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 694 (490-u dispanser, 204-ü profilaktik) nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21872 nəfər təşkil edir. Onlardan 501 nəfəri qadındır.



Azvision.az



Teqlər: Narkotik  





Xəbər lenti